AZ

Cəbrayılda "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açıldı

Oktyabrın 4-ü müasir tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsinin ilk qazi şəhəri Cəbrayılın işğaldan azad olunduğu gündür.

Publika.az xəbər verir ki, beş il öncə bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad edib. Sonrakı günlərdə şanlı Ordumuz bir addım da geri çəkilmədən torpaqlarımızı yağıdan təmizləyib.

Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində Sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.

Oktyabrın 4-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Cəbrayılda Şəhər Günü keçirilir.

Şəhər Günü çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunan "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açılıb.

Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri, doğma şəhərə qayıtmış Cəbrayıl sakinləri və media mənsubları iştirak ediblər.

Seçilən
17
6
publika.az

10Mənbələr