AZ

“Arsenal”dan inamlı qələbə

İngiltərə Premyer Liqasının VII turunda “Arsenal” evdə “Vest Hem” komandası ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, “Emirates” stadionunda keçirilən oyunda “kanonirlər” 2:0 hesabı ilə qalib gəlib. Matçın baş hakimi Con Bruks olub.

38-ci dəqiqədə Deklan Rays hesabı açaraq “Arsenal”ı önə çıxarıb, 67-ci dəqiqədə isə Bukayo Saka penaltini dəqiq yerinə yetirərək qələbəni təmin edib.

Qələbədən sonra “Arsenal” 16 xalla turnir cədvəlinin lideri olub, "Vest Hem” isə 4 xalla 19-cu pillədə qərarlaşıb.

Növbəti turda “kanonirlər” oktyabrın 18-də səfərdə “Fulham”la, “moltoboylar” isə oktyabrın 20-də evdə “Brentford”la qarşılaşacaq.

Seçilən
65
90deqiqe.az

1Mənbələr