AZ

Xalq artisti: Günlərlə duş qəbul edə bilməmişəm

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Xalq artisti Nazpəri Dostəliyeva keçdiyi çətin sənət yollarından danışıb.

Milli.Az-ın məlumatına görə, müğənni qazandığı uğurları bunlarla əsaslandırıb.

"Xalq artisti adını almaq üçün böyük əziyyətlərə, yuxusuz gecələrə ac-susuz, dayanıb durmaq bilmədən çox çalışmışam. Xarici səfərlərə getmişik. Elə olub ki, iki gün təyyarədə olmuşuq. Yerə enən kimi heç duş almağa imkanımız olmayıb. Əynimizi dəyişib konsert zalına girmişik.

Çox ölkələrdə festivallarda çıxış etmişəm. Şükürlər olsun ki, birinci pilləni tutub, qalibiyyətlə geri dönmüşük. Bu, mənim deyil, Azərbaycan sənətinin möhtəşəmliyi, musiqisini gözəlliyidir". 

Musa 

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
5
news.milli.az

6Mənbələr