AZ

Ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatıb

Təxminən dörd gün davam edən ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatıb.

Day.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Məlumata görə, geomaqnit qasırğalarının başlanğıc və sonunu qeyd etmək üçün istifadə olunan əsas planetar indeks artıq yaşıl zonaya düşüb.

Yerüstü maqnitometrlərin məlumatları və günəş küləyinin ölçülməsinə əsasən, bütün həftə ərzində davam edən maqnit qasırğası başa çatıb.

Seçilən
32
11
day.az

10Mənbələr