AZ

Sumud donanmasının iştirakçıları İstanbulda

ain.az, Axar.az saytına istinadən bildirir.

İsrail tərəfindən beynəlxalq sularda saxlanılan Sumud donanmasının iştirakçıları Türkiyəyə gətirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Belə ki, 36-sı Türkiyə vətəndaşı olan 137 "Sumud" iştirakçısı xüsusi aviareyslə İstanbul hava limanına enib.

Həmin şəxslər arasında təkcə Türkiyə deyil, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Mərakeş, İtaliya, Küveyt, Liviya, Malayziya, Mavritaniya, İsveçrə, Tunis və İordaniya vətəndaşları da var.

Xatırladaq ki, bir neçə gün əvvəl İsrail hərbçiləri Qəzza sektorunun sahillərinə fələstinlilər üçün humanitar yardımla gedən Sumud donanmasının 9 gəmisini saxlamışdılar.

İsrail XİN tərəfindən yayılan məlumatda bildirilib ki, İsrail Hərbi Dəniz Qüvvələri Sumud humanitar donanması ilə əlaqə saxlayaraq istiqaməti dəyişməyi xahiş edib, çünki onun gəmiləri döyüş zonasına yaxınlaşır və Qəzza sektoruna dəniz blokadasını pozur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
5
axar.az

6Mənbələr