AZ

“Qızıl top” sahibi Kannavaro türk dövlətinin millisinə rəhbərlik edəcək

BAKI, 4 oktyabr. TELEQRAF

Özbəkistan Futbol Assosiasiyası (ÖFA) italiyalı məşqçi Fabio Kannavaro ilə danışıqlar apardığını açıqlayıb.

Teleqraf xəbər verir ki, tarixində ilk dəfə 2026-cı ildə keçiriləcək dünya çempionatında 52 yaşlı mütəxəssisin rəhbərliyi altında çıxara bilər.

Federasiya rəhbərliyi yaxın keçmişin ən parlaq ulduzlarından biri, Dünya Kubokunun qalibi və 2006-cı ildə dünyanın ən yaxşı futbolçusu seçilən tanınmış italyan məşqçi Kannavaro ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Qeyd edək ki, 52 yaşlı mütəxəssisin sonuncu iş yeri Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu olub. Bundan öncə Kannavaro Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu, bir neçə Çin komandasını, həmçinin Çin millisini, “Benevento” və “Udineze” klublarında baş məşqçi olub.

Seçilən
43
teleqraf.com

1Mənbələr