AZ

Sergey Mardan Azərbaycan və Qazaxıstanı işğalla hədəflədi – paylaşımını kim sildirdi?

Kreml təbliğatçısı Sergey Mardan növbəti dəfə regiona qarşı təxribatçı və aqressiv ritorika sərgiləyib.

Musavat.com xəbər verir ki, o, özünün “Telegram” kanalında “Yeni SVO harada başlayacaq – əvvəl Azərbaycanda, sonra Qazaxıstanda, yoxsa əksinə?” yazaraq açıq şəkildə iki türk dövlətini “xüsusi hərbi əməliyyat”la hədələyib.

Post sosial şəbəkələrdə ciddi qəzəb doğurub – minlərlə istifadəçi onun paylaşımını təxribat, nifrət və aqressiya çağırışı kimi qiymətləndirib. Elə buna görə də, “MARDAN” adlı səhifədən həmin paylaşım qısa müddət sonra silinib.

WhatsApp

Sual doğur: bu paylaşımı kim sildirdi? Görünür, Mardana ya “yuxarıdan xəbərdarlıq” gəlib, ya da o özü qorxaraq geri çəkilib. Çünki bu adamlar dediklərinin arxasında durmaq iqtidarında deyillər. O ki ola işğal etmək!

Sergey Mardan və onun kimi Kreml təbliğatçıları uzun müddətdir ki, eyni ssenari üzrə – qonşu dövlətlərə hədə, qorxu və aşağılama dili ilə çıxış edirlər. Lakin bu ritorika artıq Rusiyanın özünə qarşı nifrət doğurur. Çünki XXI əsrdə “işğal” və “xüsusi əməliyyat” ritorikası beynəlxalq səviyyədə təkcə gülünc deyil, həm də öz dövlətini hörmətdən salan siyasətdir.

Ukraynada 4 ilə yaxındır bataqlığa çevrilən müharibədən çıxa bilməyən Rusiya indi informasiya müstəvisində “öz gücünü” nümayiş etdirməyə çalışır. Ancaq nə iqtisadi, nə hərbi, nə də diplomatik resursu qalıb ki, yeni cəbhə aça bilsin.

Azərbaycan və Qazaxıstan isə bu kimi təxribatçı çıxışlara cavab vermək üçün əlavə sübuta ehtiyac duymur. Hər iki dövlət regionda sabitliyin və müstəqilliyin dayağıdır.

Nəticə aydındır: Kreml təbliğatçıları hədə-qorxu ilə danışmağı sevsələr də, dedikləri kimi addım ata bilmirlər. Çünki nə real gücləri, nə də cəsarətləri var. Qorxudan silinən bu paylaşım da bunun ən bariz sübutudur.

Musavat.com

Seçilən
95
musavat.com

1Mənbələr