Müəllimlər Günü ilə əlaqədar yüzlərlə müəllim təltif edildi
Elm və təhsil nazirinin müvafiq əmri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bir sıra təhsil işçisi təltif edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.