AZ

“Barselona” ən bahalı futbolçulardan birini alır

“Barselona” “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalandla ciddi maraqlanır.

Publika.az xəbər verir ki, bu iddia ilə “El Nacional” çıxış edib.

Mənbənin məlumatına görə, klub prezidenti Joan Laporta heyəti gücləndirmək niyyətindədir və 24 yaşlı hücumçunu transfer etməyi düşünür. Təxminən 125 milyon avro dəyərində qiymətləndirilən transferi maliyyələşdirmək üçün rəhbərlik Ronald Arauxo başda olmaqla bir neçə oyunçu ilə ayrılmağa hazırdır. Dani Olmo və Fermin Lopes də potensial olaraq satışa çıxarılır.

Seçilən
46
publika.az

1Mənbələr