AZ

“Azadlıq Donanması”na hücum birbaşa Netanyahu tərəfindən verilib MKİ

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına humanitar yardım aparan “Azadlıq Donanması” gəmilərinə qarşı hərbi əməliyyatları birbaşa təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "CBS News" ABŞ kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb.

Sentyabrın 9-da beynəlxalq humanitar donanmanın tərkibində blokadanı yarmaq üçün Qəzza zolağına üzməyə hazırlaşan “Alma” gəmisinə pilotsuz təyyarə zərbəsi endirilib. Bu hücum ciddi maddi ziyana səbəb olmayıb.

Elə həmin gün daha bir hadisə baş verdi. Gəmilərdən birinin göyərtəsində yanğın baş verib. Donanma rəsmiləri yanğının pilotsuz təyyarənin zərbə endirilməsi nəticəsində baş verdiyini bildiriblər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
bizimyol.info

1Mənbələr