AZ

Qəzza münaqişəsinin həlli ilə bağlı danışıqların vaxtı və məkanı bəlli olub

Bakı. Trend:

Qəzza zolağında davam edən münaqişəsinin həlli ilə bağlı ABŞ vəİsraildən olan nümayəndə heyətlərinin iştirakı ilə danışıqlaroktyabrın 5-də Misirdə keçiriləcək.

Trend xəbər verirki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsiStiv Uitkoff artıq Misirə yollanıb. Danışıqlarda eyni zamanda, ABŞnümayəndə heyətində Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerin də yeralacağı bildirilir. O Qəzza zolağında münaqişənin nizamlanması iləbağlı planı tərtibatçılarından biridir.

İsraildən olan nümayəndə heyətinə isə baş nazir BinyaminNetanyahunun səlahiyyəti vəkili - İsrailin strateji planlaşdırmanaziri Ron Dermerin başçılıq edəcəyi söylənilir.

Qeyd edək ki, oktyabrın 3-də HƏMAS hərəkatı Trampın irəlisürdüyü plan əsasında bütün girovları azad etməyə hazır olduğunubildirib. Eyni zamanda HƏMAS Qəzza zolağının idarəçiliyininfələstinli texnokratlardan ibarət müstəqil hakimiyyət orqanınatəhvil verilməsinə razı olub.

Məqalədə:
Seçilən
40
7
az.trend.az

10Mənbələr