AZ

Oqtay Şirəliyev dəfn edildi - FOTO

Sabiq səhiyyə naziri Oqtay Şirəliyev dəfn edilib.

APA xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, hökumət və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, mərhumla vida mərasimi Təzə Pir məscidində keçirilib. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, hökumət və ictimaiyyət nümayəndələri iştirak edib.

Xatırladaq ki, Oqtay Şirəliyev dünən axşam saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən vəfat edib. O, 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub, 2005-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Oqtay Şirəliyev 2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 23 aprel 2021-ci ildə Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

Seçilən
46
12
hit.az

10Mənbələr