AZ

Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, yarımfinalda milli komanda Qazaxıstanla üz-üzə gəlib.
Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycanın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığma qrupdakı ilk oyunda Qırğızıstan üzərində 4:0, Küveyt üzərində isə 5:0 hesabı ilə qələbə qazanmışdı.
Azərbaycanın finaldakı rəqibi bu gün keçiriləcək Qırğızıstan - Özbəkistan oyunundan sonra bəlli olacaq.
Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.
Seçilən
71
oxu.az

1Mənbələr