Albaniya çempionatında 6-cı turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin komandası "Partizani" bu turda "Tirana"nı qonaq edib.
Oyun Vüsalın komandası ağır məğlubiyyətlə üzləşib - 0:3.
İsgəndərli matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Hazırda "Partizani" 4 xalla sonuncudan əvvəlki, 9-cu pillədə qərarlaşıb.