AZ

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi keçirilir

Sabiq səhiyyə naziri, mərhum Oqtay Şirəliyevlə vida mərasimi başlayıb.

BAKU.WS Oxu.az-a iatinadən xəbər verir ki, vida mərasimi Təzəpir məscidində keçirilir.

Vida mərasiminə səhiyyə naziri Teymur Musayev, Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və digər vəzifəli şəxslər qatılıblar.

***10:28

Keçmiş səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi Təzəpir məscidində keçiriləcək.

BAKU.WS Oxu.az-a iatinadən xəbər verir ki, vida mərasimi saat 11:00-da baş tutacaq.

Məlumata görə, vida mərasimindən sonra O.Şirəliyevin nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sabiq nazir dünən 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

Seçilən
32
3
far.az

5Mənbələr