AZ

"Mançester Siti"nin ulduzu "Barselona"naın hədəfində

İspaniya La Liqasında mübarizə aparan “Barselona” klubu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalanda ciddi maraq göstərir.  "Bakuinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.Mənbənin məlumatına görə, klubun prezidenti Joan Laporta heyəti gücləndirməyə qərarlıdır və 24 yaşlı forvardın transferini nəzərdən keçirir. Təxminən 125 milyon avro dəyərində qiymətləndirilən bu keçidi maliyyələşdirmək üçün rəhbərlik bir neçə futbolçunu satmağa hazırdır. İlk növbədə Ronald Arauxonun adı gündəmdədir. Həmçinin Dani Olmo və Fermin Lopes də satış siyahısına düşə bilər. Mövsümün indiyədək olan hissəsində Haaland bütün turnirlərdə klubunun heyətində 8 oyun keçirib, 11 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalı onu 180 milyon avro dəyərində qiymətləndirir. Norveçlidən daha bahalı yalnız Lamin Yamal var - 200 milyon avro.

Seçilən
54
3
bakuinfo.net

4Mənbələr