AZ

Oqtay Şirəliyevin vidası - Buna imkan verilmədi

Oktyabrın 3-də axşam saatlarında vəfat edən keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin cənazəsi Bakının Təzə Pir məscidinə gətirilib.

“Yeni Sabah” xəbər verir ki, hazırda mərhumla vida mərasimi keçirilir.

Mərasimdə dövlət və hökumət rəsmiləri, deputatlar, O.Şirəliyevin yaxınları, qohumları, həkimlər və ictimaiyyət nümayəndələri iştirak edir. pizza

Lakin media nümayəndələri vida mərasiminə buraxılmayıb, çəkilişə icazə verilməyib. Jurnalistlər vidanı məscidin qarşısından izləyirlər.

Qeyd edək ki, vida mərasimindən sonra mərhum “Qurd Qapısı” qəbristanlığında dəfn olunacaq.

Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Bir sıra vəzifələrdə çalışıb, 2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri olub.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr