AZ

Kaladze: Gürcüstanda çox maraqlı hadisələr olacaq

BAKI, 4 oktyabr. TELEQRAF

“Gürcüstanda sülhü qoruya biləcək və bu gün Tbilisinin inkişafını davam etdirə biləcək yeganə qüvvə “Gürcü Arzusu”dur”.

Teleqraf xəbər verir ki, bunu Tbilisi merliyinə namizəd Kaxa Kaladze yerli seçkilərdə səs verdikdən sonra jurnalistlərə bildirib.

Kaladze qeyd edib ki, qarşıdakı dörd il mühüm və maraqlı olacaq:

“Bu gün ölkədə sülhü faktiki saxlaya biləcək yeganə qüvvə “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasıdır, Tbilisinin inkişafını real olaraq davam etdirə biləcək yeganə qüvvə yenə odur. Son illər paytaxtımız üçün çoxsaylı yaxşı, mühüm layihələr həyata keçirmişik, amma seçki kampaniyası çərçivəsində bütün istiqamətlərdə problemlər qalmaqdadır. İctimaiyyətə hansı layihələrin həyata keçiriləcəyi, hətta infrastruktur istiqamətində, ekoloji baxımdan nələrin ediləcəyi, həmçinin səhiyyə, sosial proqramlar, paytaxtda tramvay, metro, əyləncə parkı və sair kimi yeni layihələrlə bağlı konkret fikirləri təqdim etmişik”.

Qeyd edək ki, bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.

Seçilən
64
teleqraf.com

1Mənbələr