BAKI, 4 oktyabr. TELEQRAF
Keçmiş səhiyyə naziri Oqtay Şirəliyev bu gün dəfn olunacaq.
Teleqraf xəbər verir ki, onunla vida mərasimi saat 11:00-da Təzəpir məscidindəbaş tutacaq.
Oqtay Şirəliyev Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, sabiq nazir dünən dünyasını dəyişib.