AZ

Gürcüstanda yerli seçkilər başlayıb

Bakı. Trend:

Bu gün Gürcüstanda yerli seçkilər keçirilir. Səhər saat 08:00-daölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb.

Trend xəbər verirki, məlumatı Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədriGiorgi Kaladarişvili açıqlayıb. Onun sözlərinə görə, seçicilər 64bələdiyyə şurasının 2058 üzvünü və 64 merini müəyyən edəcəklər.

Ümumilikdə ölkə üzrə 3061 seçki məntəqəsi fəaliyyət göstərir.Onlardan 2284-ü elektron, 777-si isə ənənəvi formada təşkilolunub.

Seçici siyahısına 3 milyon 513 min 818 vətəndaş daxiledilib.

Seçki prosesini 28 beynəlxalq və 27 yerli təşkilatdan olanmüşahidəçilər, həmçinin 73 media orqanından minə yaxın jurnalistizləyir.

Səsvermə saat 20:00-da başa çatacaq.

Seçilən
61
8
az.trend.az

10Mənbələr