AZ

Tofiq Musayev BMT-də beynəlxalq hüquqa əməl etməyə çağırdı

BAKI, 4 oktyabr. TELEQRAF.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasının Dördüncü Komitəsində (Xüsusi siyasi və müstəmləkəçilik məsələləri üzrə) çıxış edib.

Teleqraf xəbər verir ki, bu barədə nümayəndəliyin “X” hesabında məlumat verilib.

Diplomat çıxışı zamanı beynəlxalq hüquqa tam riayət olunmasının, BMT Nizamnaməsində təsbit edilmiş xalqların öz müqəddəratını təyinetmə prinsipinin təşviqinin və Baş Assambleyanın müvafiq qətnamələrinin icrasının vacibliyini vurğulayıb.

Musayev bildirib ki, bütün formaları ilə müstəmləkəçiliyin tamamilə aradan qaldırılması üçün diqqət və səylərin artırılmasına ehtiyac var.

Seçilən
21
teleqraf.com

1Mənbələr