AZ

“Aramızda problem var?” - Milliyə çağırmadığı 3 futbolçu haqda açıqlama verdi

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel bu ay keçiriləcək oyunlar üçün yığmanın heyətinə çağırılmayan Çud Bellingem, Fil Foden və Cek Qrilişlə münasibətlərində hansısa problem olmadığını bəyan edib.

Sportinfo.az xəbər verir ki, almaniyalı çalışdırıcı bu barədə mətbuat konfransında danışıb:

“Bellingemlə aramda problem var? Xeyr. Eləcə də Fil Foden və Cek Qrilişlə heç bir şəxsi problemim yoxdur. Fil yenidən “Mançester Siti”də oyunları həll edən futbolçuya çevrilib. Qriliş isə öz əvvəlki səviyyəsinə yaxınlaşır”.

Tuxel əvvəlki toplanışın yüksək səviyyədə keçdiyini və bu səbəbdən, heyətdə dəyişiklik etmədiyini bildirib:

“Əvvəlki toplanışda çox yüksək səviyyədə çıxış etdik. Buna görə də, eyni futbolçuları çağırdıq. Heyətə düşməyənlərin yenidən milliyə dönmək şansı var. Bunun üçün sadəcə çalışmaq lazımdır”.

Bellingem hazırda “Real”da, Foden “Mançester Siti”də, Qriliş isə “Everton”da çıxış edir.

İngiltərə millisi oktyabrda Uelslə yoxlama matçı, daha sonra isə Latviya yığmasına qarşı dünya çempionatının seçmə mərhələsində oyun keçirəcək.

Seçilən
6
sportinfo.az

1Mənbələr