AZ

DTA: Turizmin inkişafı kəndlərin əhalisi üçün iş imkanı yaradır FOTOLAR

ain.az, Azvision saytına istinadən bildirir.

Bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) şöb müdiri Elgün Cavadov DTA-nın təşkilatçılığı ilə Astaranın Sım kəndində keçirilmiş mediaturda söyləyib. O bildirib ki, agentliyin təbliğat-təşviqat işləri nəticəsində müxtəlif kəndlərin, o cümlədən Sımın aqroturizm potensialı üzə çıxarılaraq tanıdılıb. "Agentlik sosial-iqtisadi inkişaf üzrə dövlət proqramı çərçivəsində seçilən kəndlərdə infrastrukturun qurulub inkişaf etdirilməsi məqsədilə mütəmadi işlər görür. Astarada Sım ilə yanaşı Qusarda Laza, İsmayıllıda İvanovka, Qəbələdə Duruca, Qaxda İlisu və Sarıbaş kəndləri bu qəbildəndir. Turizm infrastrukturunun yaradılmasından əlavə bu kəndlərin abadlaşdırılması əsas məqsədlərimizdən biridir. Gələcəkdə belə kəndlərin siyahısının artırılması nəzərdə tutulur", – o deyib.

Elgün Cavadovun jurnalistlərin diqqətinə çatdırıb ki, cari ildə DTA-nın qrant müsabiqəsi üzdə Sım kəndində iki layihənin icrası: arıçılıq təsərrüfatının inkişaf etdirilməsi və müxtəlif infrastruktur obyektlərinin (satış köşkləri, muzey binası, piknik məntəqələri, uşaq oyun meydançaları və s.) yaradılması nəzərdə tutulur:

"Görülən işlərin nəticəsində Sıma gələn turistlərin sayı son 2 ildə xeyli artıb. Hazırda yay aylarında 2 mindən artıq turist kəndə qonaq gəlir. İnfrastrukturun daha da inkişaf etdirilib yenilənməsi fonunda turistlərin sayının artacağı proqnozlaşdırılır". Şöbə müdiri vurğulayıb ki, turizmin inkişafı istiqamətində həyata keçirilən müxtəlif tədbirlərlə yanaşı kənd qonaq evləri üçün bələdçi kitabı və aqroturizm təsərrüfatları üçün təlimat kitabı çap olunub "Bu kitablar regionlarda baş tutan təlimlərdə aktiv istifadə edilir", – o deyib. Səbinə Həsənova

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
105
azvision.az

1Mənbələr