İrəvan məhkəməsi Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Ajapaxyanı dövlət çevrilişinə çağırışa görə iki il müddətinə azadlıqdan məhrum edib.
Editor.az bildirir ki, bu barədə “Yerevan Today” xəbər verir. İstintaqın məlumatına görə, Mikael Ajapaxyan müsahibəsində ölkədə hərbi çevrilişin zəruriliyindən danışıb və dövlət çevrilişinə çağırıb. Arxiyepiskopla bağlı cinayət işi iyunun 26-da açılıb. Ertəsi gün onu saxlamaq cəhdi zamanı təhlükəsizlik qüvvələri ilə din xadimləri arasında toqquşma baş verib. Erməni Apostol Kilsəsi arxiyepiskopu həbs etmək qərarını pisləyib və onu azad etməyə çağırmışdı.
İyun ayında “Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan da Ermənistanda terror aktı və dövlət çevrilişi planlaşdırmaqda ittiham edilərək İrəvanda həbs edilib. Həbslər Ermənistanın baş naziri Nikol Paşinyanla kilsə arasında münaqişə zamanı baş verib.
//Samir Qurbanov, Editor.az