AZ

Tramp Qəzza razılaşması üçün son tarix təyin edib

Tramp Qəzza razılaşması üçün son tarix təyin edib

ABŞ prezidenti Donald Tramp Qəzza razılaşması üçün son tarix təyin edib.

AFN.az xəbər verir ki, o, bu barədə oktyabrın 3-də "Truth Social" platformasındakı şəxsi səhifəsində məlumat verib.

"HƏMAS-la razılaşma bazar günü axşam (5 oktyabr-red) Vaşinqton vaxtı ilə saat 18:00-a qədər əldə edilməlidir", - deyə Tramp yazıb.

Amerika lideri qeyd edib ki, HƏMAS uzun illərdir Yaxın Şərqdə təhlükə yaradır. O əlavə edib ki, Qəzzada qalan HƏMAS əsgərlərinin əksəriyyəti artıq mühasirəyə alınıb və tələyə düşüb.

Tramp açıqlamasında həmçinin fələstinli mülki vətəndaşları Qəzzanın daha təhlükəsiz bölgələrinə təxliyyə etməyə çağırıb.

Seçilən
93
afn.az

1Mənbələr