AZ

KİV: Rusiyanın “Yars” raketi NATO üçün ciddi təhlükədir

BAKI, 3 oktyabr. TELEQRAF

Rusiyanın arsenalında olan “Yars” interkontinental ballistik raketi onun nüvə müharibəsinə hazır olma ciddiliyini göstərir.

Teleqraf xəbər verir ki, bu barədə “National Interest” nəşri məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiyanın "Yars" kimi sistemlərinin olduğunu nəzərə alınarsa, NATO Kremlə təzyiq etməzdən əvvəl iki dəfə düşünməlidir.

Məqalə müəllifləri qeyd edirlər ki, alyansın daha aqressiv addımları münaqişə riskini artırır. Eyni zamanda Ukrayna böhranı və digər məsələlər fonunda gərginlik sürətlə yüksələcək. Həmçinin vurğulanır ki, Qərb ölkələri Rusiyanın hərbi potensialını ciddi şəkildə aşağı qiymətləndirirlər.

Seçilən
57
teleqraf.com

1Mənbələr