AZ

Şkafdan lotereya bileti tapdı, 100 min dollar qazandı

Virciniya ştatının Rişmond şəhərində Alfreda Havkins adlı qadın şkafını təmizləyərkən köhnə lotereya biletini taparaq 100 min dollar qazanıb.

HİT.az bu barədə "Metro" portalına istinadən xəbər verir.

Havkins biletləri yoxlamağa başlayıbv və onlardan biri qalib olub. "Demək olar ki, huşumu itirdim!", deyə amerikalı qadın etiraf edib.

Havkins xüsusi bir mərasimə dəvət edib və ona 100.000 dollarlıq adı olan böyük bir çek təqdim olunub. Təşkilatçıların fikrincə, baş mükafatı qazanmaq şansı 1 101 600-də bir olub.

Amerikalı qadın pulu nəyə xərcləyəcəyini hələ bilmədiyini detib. Onun sözlərinə görə, çox güman ki, vəsaitin bir hissəsi ailə xərclərinə, qalan hissəsi isə tətilə xərclənəcək.

Samir

Seçilən
14
hit.az

1Mənbələr