AZ

Azərbaycan gimnastları III MDB Oyunlarında daha bir medal qazandılar

Azərbaycanın batut gimnastları III MDB Oyunlarında növbəti uğura imza atıblar.

90deqiqe.Az-ın məlumatına görə, Selcan Mahsudova və Şəfiqə Hümbətova qadınların sinxron proqramında çıxış edərək bürünc medal qazanıblar.

Xatırladaq ki, daha əvvəl Maqsud Mahsudov oğlanların fərdi yarışında qızıl, Selcan Mahsudova isə qadınların fərdi proqramında bürünc medal əldə etmişdi.

Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara bu gün yekun vurulacaq.

Seçilən
21
90deqiqe.az

1Mənbələr