AZ

Jorj Kaşkilya: “Qələbə və məğlubiyyət futbolda var“

style='margin-bottom:10px;'>

“İmişli” Misli Premyer Liqasının 7-ci turunda səfərdə “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzub.

QOL.az Sportal.az-a istinadən xəbər verir ki, matçdan sonra baş məşqçi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb. O, oyunu çətin və rəqibin güclü olduğunu qeyd edib:

“Matça yaxşı başladıq və komandam yüksək pressinq tətbiq edirdi. Oyunun birinci hissəsi bərabər səviyyədə keçdi, lakin rəqib standart vəziyyətdən fərqləndi. Fasilədən sonra hücumlarımız çox idi və hesabı bərabərləşdirməyə çalışdıq, amma penaltidən yararlana bilmədik. Sonda isə ikinci qolu buraxdıq”.

Baş məşqçi həmçinin meydana edilən dəyişikliklərdən danışaraq, məqsədin hücumameyilli oyunçularla hesabı bərabərləşdirmək olduğunu vurğulayıb. Penalti imkanlarının dəyərləndirilməməsinin futbolda normal olduğunu, hətta böyük ulduzların da səhv edə biləcəyini söyləyib.

Növbəti oyunlara hazırlıq barədə Kaşkilya əlavə edib: “Qələbə və məğlubiyyət futbolda var. Bu məğlubiyyət komandamızın motivasiyasını azaltmayacaq. ‘Qəbələ’ ilə matça qələbə üçün çıxacağıq və məşqlərimizi eyni ciddiyyətlə davam etdirəcəyik.”

Seçilən
14
teleqraf.com

1Mənbələr