AZ

Ukrayna Silahlı Qüvvələri PUA-lara qarşı maneələr yaradır

BAKI, 3 oktyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Kiyevin nəzarətində olan hissəsində 50 kilometrlik müdafiə xətti yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, qalalar kəməri adlandırılan müdafiə qurşağı Rusiyanın irəliləməsinin qarşısını almaq üçün inşa olunub.

Nəşrin jurnalistlərindən biri bölgəyə səfəri zamanı Ukrayna hərbçilərinin yaşayış məntəqələri arasındakı yollarda PUA-lara qarşı maneələr yaratmağa çalışdığını bildirib.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri texnika və mövqelərini kamuflyaj etməyə, iri toplanışlardan isə yayınmağa çalışır.

Seçilən
7
teleqraf.com

1Mənbələr