AZ

Nazirliyin 2 böyük vəzifəlisi bir anda getdi - təhsilimizin "sarayında" nə baş verir...


İlham Əhmədov: “Bir gündə 2 yüksək vəzifəli təhsil məmurunun öz ərizəsi ilə vəzifədən azad edilməsi sıradan bir hadisə deyil”

Məlum olduğu kimi, bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyinə tabe olan iki qurumun rəhbəri öz ərizəsi ilə işdən çıxıb. Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduqları vəzifədən azad edilib.

Xatırladaq ki, hər iki şəxs uzun müddət Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərib. Onların eyni gündə vəzifədən getməsi ictimaiyyətdə müzakirələr yaradıb. Hətta yeni istefaların ola biləcəyi deyilir.

Maraqlıdır, Elm və Təhsil Nazirliyində nə baş verir? Yeni istefalar gözləniləndir?

“Təhsillə bağlı qurumların heç biri öz vəzifələrini keyfiyyətli və düzgün şəkildə icra edə bilmir”

Təhsil eksperti,dosent İlham Əhmədov " Bakı-Xəbər"-ə açıqlamasında qeyd etdi ki, bir gündə 2 yüksək vəzifəli təhsil məmurunun öz ərizəsi ilə vəzifədən azad edilməsi sıradan bir hadisə deyil: "Son 20-25ildə Təhsil Nazirliyinin tarixində eyni gündə 2 vəzifəlitəhsil məmurununöz ərizəsi ilə işdən azad edilməsi hadisəsi olmamışdı.Görünür, onların ciddisəhvləri olubmuş. Gələcəkdə həmin məmurların hansı səbəblərdən işdən çıxması ilə bağlı detallar, yəqin ki, üzə çıxar.ÜmumənETN-də durum çox ağırdır. Təhsillə bağlı qurumların heç biri öz vəzifələrini keyfiyyətli və düzgün şəkildə icra edə bilmir. Burda heç bir sirr yoxdur, bunu hamı görür və bilir. KİV-lərdə və sosial şəbəkələrdə hərgün bu mövzudayüzlərlə yazı gedir, hamısı da neqativlər haqqında.ETN-də və agentliklərdə çalışan kadrların 90 faizi qeyri mütəxəssislərdir. Təhsil kimi mürəkkəb, dinamik, strateji sahədə belə yarıtmaz kadr siyasəti dövlət və cəmiyyət üçün gələcəkdə çox ağır fəsadlara səbəb olacaq.Orda işləyənlərin əksəriyyəti şəxsi əlaqələr hesabına həmin vəzifələrdə çalışır. Onların indiyə qədərelm və təhsil sahəsində nəinki hər hansı nailiyyətləri yoxdur, heç bu sahədə düz-əməlli bilgiləri, təsəvvürləri və təcrübələri də yoxdur.Bu komandadantəhsil mütəxəssisləri iləteledebata qatılmaq üçün potensiallı bir menecertapılmır.Ən pisi isəbudur ki, onlar heç nə öyrənmək də istəmirlər. Onlar öz çoxsaylı səhvlərindən nəticə çıxarmır, mütəxəssislərlə məsləhətləşmələr aparmır, deyilən sözləri, təklifləri də eşitmirlər. Görünür, onların məqsədi təhsili ayağa qaldırmaq deyil, əksinə, onu tam məhv etməkdir.Bu səbəblərdən elm-təhsil sistemində yaxın illərdə hər hansıirəliləyişin olması mümkün deyil."

Həmsöhbətimiz bildirdi ki, Təhsilin İnkişafı Fondu(TİF) yarananda təhsil ictimaiyyəti sevindi, ancaq zamanla sevinc yox oldu: "Bu müddət ərzindəTİF-dən təhsilin inkişafı yolunda hər hansı bir fəaliyyətgörmədik. Bu yaxınlarda KİV-lərdəbelə bir məlumat yayıldı ki, TİF-in universitetlərdən yığdığı “vergi” pulları iləRTİməmurlarına bahalı avtomobillər alınıb.Halbuki, təhsildə minlərlə problemlər var və həllinə də vəsait tapılmır.Bu faktlar təhsil menecerlərininözbaşınalığının, onların təhsilə vurduğu növbəti zərbəningöstəricisidir. Azərbaycan təhsili günü-gündən tənəzzül edir, məmurlar isə, KİV-lərin yazdığına görə, bu fond hesabınahər ay maaşlarından dəfələrlə artıq miqdarda mükafatlaralırlar.Hesab edirəm ki, ETN-dəvə agentliklərdə, TİF-də kompleksyoxlama aparılsa, çox ciddi qüsurlar aşkar olunar.Bəlkə bundan sonra təhsildə müsbət nələrsə olar.Yoxsa nə baş verir ki, büdcəsinin 5 qat artmasına rəğmən təhsilin keyfiyyəti ilbəil tənəzzüldədir?"

Günel CƏLİLOVA

Seçilən
87
baki-xeber.com

1Mənbələr