AZ

Bank olmayan kredit təşkilatlarının aktivlərinin həcmi kiçilib

2025-ci ilin birinci yarımilində bank olmayan kredit təşkilatlarının (BOKT) aktivlərinin həcmi kiçilib.

Mərkəzi Bnakdan Teleqraf-a verilən məlumata görə, ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri yarımil ərzində 3% (30 mln. manat) azalaraq 963 mln. manat təşkil edib. Azalmanın əsas payçısı xalis kredit portfeli olub.

BOKT-lərin kreditləşmə fəaliyyətində mövcud olan artım dinamikasına baxmayaraq yarımil ərzində xalis kredit portfeli 6.3% (45 mln. manat) azalıb.

15 noyabr 2024-cü il tarixində “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”-nın tətbiqi nəticəsində BOKT-lər üzrə ilk dəfə xərclər hesabına yaradılan xüsusi ehtiyatlara dair tələb gətirilib. Bu da öz növbəsində xalis kredit portfelinin azalmasını şərtləndirib.

Seçilən
13
teleqraf.com

1Mənbələr