AZ

BOKT sektorunun aktivlərinin həcmi kiçilib

Bakı. Trend:

Bu ilin birinci yarımilində bank olmayan kredit təşkilatı (BOKT)sektorunun aktivlərinin həcmi kiçilib.

Trend-inAzərbaycan Mərkəzi Bnakına 9AMB) istinadən məlumatına görə, ölkədəfəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri yarımil ərzində 3% (30milyon manat) azalaraq 963 milyon manat təşkil edib.

Məlumata əsasən, azalmanın əsas payçısı xalis kredit portfeliolub. Qeyd edilib ki, BOKT-lərin kreditləşmə fəaliyyətində mövcudolan artım dinamikasına baxmayaraq yarımil ərzində xalis kreditportfeli 6.3% (45 milyon manat) azalıb.

Bildirilib ki, 15 noyabr 2024-cü il tarixində “Bank olmayankredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsiQaydası”-nın tətbiqi nəticəsində BOKT-lər üzrə ilk dəfə xərclərhesabına yaradılan xüsusi ehtiyatlara dair tələb gətirilib ki, buda öz növbəsində xalis kredit portfelinin azalmasınışərtləndirib.

Qeyd edilib ki, BOKT-lərin cəmi öhdəlikləri isə il ərzində 4.5%(24.4 milyon manat) azalaraq 513 milyon manat təşkil edib.Vurğulanıb ki, maliyyə institutları qarşısında kredit öhdəliklərivə digər öhdəliklər (əsasən hesablanmış ödəniləsi vergilər)öhdəliklərin azalmasına əsas təsir edən amillər olub.

Ümumilikdə, bildirilib ki, bank olmayan kredit təşkilatlarının(BOKT) maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır.2025-ci ilin birinci yarımilinə olan məlumatlara əsasən,Azərbaycanda fəaliyyət göstərən BOKT-lərin sayı 57, kreditittifaqlarının (Kİ) sayı isə 36 olmaqla, ümumilikdə qeyri-bankkredit təşkilatlarının sayı 93 olmuşdur. Bütövlükdə maliyyəsistemində aktivlərinə görə BOKT-lərin bazar payı 1.6% təşkil edib.2025-ci ilin birinci yarımili ərzində 1 BOKT-nin lisenziyası ləğvedilib, 1 BOKT-yə yeni lisenziya verilib. Hazırda fəaliyyətdə olanBOKT-lərin 15-i xarici kapitallıdır ki, onlardan 12-ində xaricikapitalın payı 50%-dən yüksəkdir. İl ərzində ümumilikdə işçilərininsayı 147 nəfər artaraq 3 693 nəfərə, filialların sayı isə 5 ədədartaraq 309-a çatıb.

Məqalədə:
Seçilən
117
az.trend.az

1Mənbələr