1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis müavini təyin edilib.
Oxu.Az Valyuta.az-a istinadən xəbər verir ki, DGK-nın sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə, Aydın Uruxov sözügedən idarənin rəis müavini təyin olunub.
Qeyd edək ki, Aydın Uruxov bundan əvvəl Balakən Gömrük İdarəsinin "Mazımqara" gömrük postunun əməkdaşı kimi çalışıb.
