AZ

Finlandiya Rusiya sərhədində NATO nun Quru Qoşunlarının qərargahı açılıb

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Sankt-Peterburqdan 300 km məsafədə yerləşən Finlandiyanın Mikkeli şəhərində NATO-nun Quru Qoşunlarının qərargahının rəsmi açılışı olub.

APA xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hyakkänen özünün “X” hesabında bildirib.

“2023-cü ilin payızında biz NATO üzvü kimi qarşımıza ilk vəzifəmizi qoyduq - Finlandiyada NATO-nun qərargahının yerləşdirilməsini təmin etmək. 2024-cü ilin iyununda NATO müdafiə nazirlərinin görüşündə məqsədimiz təsdiqləndi. İndi bir il sonra, Finlandiyada qərargahı açırıq”, - müdafiə naziri mərasimdə deyib.

Hyakkänen qeyd edib ki, qərargahın fəaliyyəti NATO-nun təhlükəsizliyini gücləndirəcək, eyni zamanda, Finlandiyanın təhlükəsizliyini artıracaq.

Finlandiya Müdafiə Nazirliyinin bəyanatında isə qeyd olunub ki, qərargah Şimali Avropada NATO-nun Quru Qoşunlarının fəaliyyətini planlaşdıracaq və əlaqələndirəcək: “Adi şəraitdə qərargah NATO təlimləri və digər tədbirlərin keçirilməsinə cavabdeh olacaq, fövqəladə hallarda isə Şimal Uzaqlarında quru əməliyyatları və müdafiəni idarə edərək planlaşdıracaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
50
azpolitika.info

10Mənbələr