1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının yaradılmasını təmin edən Naxçıvan Sazişinin 16-cı ildönümü və Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə paylaşım edib.
Oxu.Az xəbər verir ki, Ərdoğan bu günün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
"Bu mənalı günün birlik və həmrəylik ruhumuzu gücləndirməsinə, ölkələrimiz arasındakı əlaqələrin hər sahədə inkişafına töhfə verməsini arzulayıram. Ortaq gələcəyimiz parlaq, əməkdaşlığımız daimi olsun", - deyə dövlət başçısı əlavə edib.
Dilde, fikirde, işte birlik şiarımızın en önemli simgelerinden biri olan Türk Devletleri Teşkilatımızın kurulmasını sağlayan Nahçıvan Anlaşması’nın 16’ncı yıl dönümü ile ortak anma günümüz Türk Devletleri İş Birliği Günü’nü tebrik ediyorum.… pic.twitter.com/4yyRzF3DOs
— Recep Tayyip Erdoğan (@RTErdogan) October 3, 2025