AZ

ABŞ-yə köçmək istəyənlərin nəzərinə

“Green Card” ABŞ-də daimi yaşamaq və işləmək hüququ verən sənəddir. Bu imkanı hər il keçirilən Diversity Visa (DV Lottery) proqramı ilə on minlərlə insan qazanır. 2026-cı ilin tarixləri hələ açıqlanmayıb. Ancaq əvvəlki illərdə olduğu kimi müraciətlərin yenə də oktyabrda başlayıb noyabrda bitəcəyi gözlənilir. Metbuat.az-ın məlumatına görə, proqramda iştirak qaydaları belədir: Yalnız ABŞ-yə az miqrant göndərmiş ölkələrin vətəndaşları iştirak edə bilər. Orta təhsil və ya ən azı 2 illik iş təcrübəsi tələb olunur. Hər il yalnız bir dəfə müraciət edə bilərsiniz, çoxlu müraciətlər olarsa, hamısı ləğv edilə bilər. Müraciət onlayn formada, rəsmi saytda qeydiyyatla başlayır. Seçilənlər nəticələrini xüsusi portalda yoxlayır. Daha sonra DS-260 forması, sənədlər və səfirlikdə müsahibə mərhələsi gəlir. Müsahibədən uğurla keçənlər ABŞ-yə gedərək “Green Card” alırlar. Yeni dəyişikliklərə əsasən, 2025-ci ildən qeydiyyat zamanı 1 dollar ödəniş tətbiq olunacaq. Müsahibələr yalnız vətəndaşlıq və ya yaşayış ölkəsində keçiriləcək. Qeyd edək ki, “Green Card” udmaq hələ avtomatik olaraq vizanın verilməsi demək deyil. Qaydalara əməl etmək, sənədləri düzgün təqdim etmək və müsahibədən keçmək mütləqdir.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
27
metbuat.az

1Mənbələr