AZ

Tramp narkotik kartellərinə müharibə elan etdi

ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona Venesuelanın narkotik kartellərinə qarşı hərbi əməliyyatlara başlamaq göstərişi verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''The Hill'' məlumat yayıb.

Bu addım ABŞ-də terror təşkilatı kimi tanınan kartellərə qarşı silahlı münaqişə qanunları çərçivəsində atılıb.

ABŞ Konqresinə göndərilən bildirişdə qeyd olunur: “Prezident Müharibə Departamentinə silahlı münaqişə qanununa uyğun olaraq onlara [kartellərə] qarşı əməliyyatlar aparmağı tapşırıb”. Əlavə olaraq qeyd olunur ki, ABŞ bu kartellərlə "qeyri-beynəlxalq silahlı münaqişə" vəziyyətindədir və artıq "özünü və başqalarını müdafiə etmək üçün güc tətbiq etməli olduğu kritik nöqtəyə çatıb".

Sənəddə konkret hansı narkotik kartellərinin hədəf alınacağı açıqlanmayıb. Eyni zamanda, Pentaqon bu təşkilatların adlarını əhatə edən siyahını təqdim etməyib.

Seçilən
12
operativmm.az

1Mənbələr