"Bayer" yarımmüdafiəçi Esekyel Palasiosun müqaviləsinin müddətini uzadıb.
QOL.az xəbər verir ki, bu barədə Bundeslia təmsilçisininn mətbuat xidməti məlumat yayıb.
Argentina millisinin üzvü yeni sözləşmənin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub. .
Qeyd edək ki, "Bayer" Esekyel Palasiosu 2020-ci ilin yanvarında "River Pleyt"dən transfer edib. O, bu mövsüm Leverkuzen təmsilçisinin heyətində 2 oyunda iştirak edib.