AZ

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Davamlı Karyera Sərgisi keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində Davamlı Karyera Sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi tələbələri davamlılıq sahəsində mövcud real karyera imkanları ilə tanış etmək, müxtəlif sektorların yaşıl iqtisadiyyata töhfəsini göstərmək və gəncləri bu istiqamətdə peşəkar inkişaf yoluna təşviq etməkdir.

Qeyd edək ki, sərgi çərçivəsində müxtəlif şirkət və təşkilatların nümayəndələri öz fəaliyyətlərini, davamlılıq dəyərlərini və layihələrini təqdim edəcək, həmçinin sektor tələbləri üzrə panel müzakirələr aparılacaq.

Seçilən
42
1
xalqqazeti.az

2Mənbələr