AZ

Azərbaycan gimnastı MDB Oyunlarında qızıl medal QAZANDI

III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə yarışlar davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycan gimnastı Maqsud Mahsudov III MDB Oyunlarında qızıl medal qazanıb.

O, idmançı oğlanların fərdi yarışında bütün rəqiblərini üstələyib. Belaruslu İvan Litvinoviç (57,06) gümüş, qazaxıstanlı Nikita Tumakov (47,24) isə bürünc medal qazanıb.

Qeyd edək ki, belaruslu İvan Litvinoviç ikiqat Olimpiya çempionudur.

Xatırladaq ki, batut gimnastikasında fərdi yarışlara bu gün yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
25
bizim.media

1Mənbələr