AZ

İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin iclası keçirilib (FOTO)

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) yaradılanİnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılmasıüzrə Texniki Komitənin (TK-05) növbəti iclası keçirilib.

İclasda 2025-ci il üzrə Fəaliyyət Planına uyğun görülən işlər vəhəlli vacib məsələlər müzakirə edilib. Sahə üzrə aktual hesabedilən yeni 10 milli standart layihəsinin təsdiq olunması üçünAzərbaycan Standartlaşma İnstitutuna göndərilməsi qəraraalınıb.

Həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərəuyğunlaşdırılmasına dair 2023 – 2025-ci illər üçün DövlətProqramı”nda Texniki Komitənin üzərinə düşən vəzifələr üzrə görülənişlər nəzərdən keçirilib.

İclasda Texniki Komitənin üzvü olan Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, “AzərbaycanStandartlaşdırma İnstitutu” publik hüquqi şəxs, İnformasiyaKommunikasiya Texnologiyaları Agentliyi, AzərbaycanKibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, “AzInTelecom”MMC-nin nümayəndələri iştirak ediblər.

İnformasiya-kommunikasiya
İnformasiya-kommunikasiya
İnformasiya-kommunikasiya
İnformasiya-kommunikasiya
Seçilən
137
2
az.trend.az

3Mənbələr