Azərbaycan gimnastları III MDB Oyunlarında bürünc medal qazanıb.
İdman.biz xəbər verir ki, Selcan Mahsudova və Şəfiqə Hümbətova sinxron yarışda 45.900 xalla üçüncü olub.
Belarus (51.540 xal) birinci, Rusiya isə (49.970 xal) ikinci yeri tutub.
Qeyd edək ki, Batut gimnastikası yarışlarına bu gün yekun vurulacaq.