AZ

Ali Məhkəmənin sədri və işçiləri ağacəkmə aksiyasında iştirak etdilər - FOTO

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Məhkəmədən Teleqraf-a verilən xəbərə görə, aksiyada Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Seçilən
66
6
teleqraf.com

7Mənbələr