AZ

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

Müşfiqabadda
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycan Respublikası Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Bu barədə 1news.az-a ETSN-dən məlumat verilib.
Bildirilib ki, aksiyada Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Seçilən
71
6
1news.az

7Mənbələr