AZ

MDB Oyunlarının qalib gimnastımız: “Vətənimdə bayrağımızı ucaltdığım üçün böyük sevinc yaşadım”

"Ölkəmi təmsil edib bayrağımızı ucaltdığım üçün böyük məmnuniyyət duyuram".

İdman.biz xəbər verir ki, bu sözləri III MDB Oyunlarında oğlanların fərdi yarışında qızıl medal qazanan batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Maqsud Mahsudov söyləyib.

O, bu nəticəni karyerasındakı ən böyük nailiyyət hesab edib: “Azarkeşlərin dəstəyi çıxışımı yaxşı etməyimə böyük təsir göstərdi. Anam və bacım Selcan da tribunada məni dəstəkləyirdi. Böyük qürur hissi yaşayıram. Arzu edirəm ki, bu duyğuları bütün idmançılar da yaşaya bilsin”.

Qeyd edək ki, III MDB Oyunlarında batut gimnastikası üzrə yarışlara bu gün yekun vurulacaq.

İdman.biz

Seçilən
37
idman.biz

1Mənbələr