AZ

Kopenhagendə Əliyev-Paşinyan görüşünün nəticələri - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra həm Azərbaycan, həm də Ermənistan tərəfindən bir müddət müsbət ritorika müşahidə edilib.

Bunu Hafta.az-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Azərbaycan və Ermənistan rəhbərlərinin Kopenhagendəki görüşü ilə bağlı açıqlamasında bildirib.

T.Zülfüqarov eyni zamanda son ongünlükdə, xüsusilə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası ərəfəsində və eləcə də həmin iclas zamanı Ermənistanın dövlət başçısının Azərbaycan əleyhinə bəzi iradlar bildirməsinə diqqət çəkib. Bildirib ki, Paşinyan bir neçə tezis barədə təndiqi fikirlər səsləndirib.

T.Züldüqarlı vurğulayıb ki, Paşinyan Nyu-Yorkdan öncə Moskvada olub və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Onun sözlərinə görə, Azərbaycana qarşı tənqidi fikirlər məhz Moskvadakı görüşün təsiri nəticəsində ola bilər:

"Düşünürəm ki, bu, Moskvada Putinlə görüşün bir təsiri idi. Ermənistan sanki əvvəlki müsbət addımlardan, xüsusən də ABŞ lideri Donald Trampın vasitəçiliyi ilə imzalanmış sülh sənədlərindən sonra kimi isə günahkar çıxarmağa çalışırdı".

“Paşinyanın Azərbaycanla bağlı tənqidi fikirlərindən sonra Kopenhagendə İlham Əliyev-Paşinyan görüşünün baş tutub-tutmayacağı barədə deyirdim ki, həmin görüş mütləq olmalıdır. Çünki ziddiyyət doğuran məsələlərə aydınlıq gətirilməlidir. Kopenhagendə gözlənilən görüş artıq baş tutub və belə anlaşılır ki, deyilən məsələlərə aydınlıq gətirilib”- o, əlavə edib. 

T.Zülfüqarov Avropa İttifaqının bölgədəki “Trump yolu” adlanan Zəngəzur yolunun nəqliyyat infrastrukturunun inkişafına dair yeni maliyyə dəstəyi təklif etməsi fikirlərinə də münasibət bildirib:

"Bəzi məlumatlara görə, Avropa İttifaqı “Trump yolu”nun Naxşıvandan keçən 58 kilometrlik hissəsinin təmiri üçün maliyyə ayırmağa hazırdır. Odur ki, bu məsələdə həm Azərbaycan, həm də Ermənistanın eyni mövqedən çıxış etməsi vacibdir".

Nəticə olaraq, sabiq baş diplomat bildirib ki, Kopenhagendə Azərbaycan və Ermənistan liderlərinin görüşü ümumilikdə bölgə üçün müsbət nəticələr verməlidir.

Sultan Laçın

Seçilən
15
hafta.az

1Mənbələr