AZ

Dəyanət Sədullayev: "Daxili bazarda haqsız rəqabət aparan şirkətlərə qarşı ictimai nəzarət artırılmalıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Daxili bazarda haqsız rəqabət aparan, hüquqi boşluqlardan istifadə edən şirkətlərə qarşı ictimai nəzarət artırılmalıdır".
Oxu.Az xəbər verir ki, bunu "PASHA Holding"in baş icraçı direktorunun biznesə dəstək üzrə müavini Dəyanət Sədullayev II Milli Rəqabət Forumunda "Müasir rəqabət çağırışları və dəyişən siyasət: Rəqabət siyasətinin iqtisadi inkişafda rolu" mövzusunun panel müzakirəsində deyib.
Onun sözlərinə görə, vətəndaşlar sağlam bazar münasibətlərinin formalaşmasında həm nəzarətçi, həm də istehlakçı kimi iştirak etməlidirlər.
Dəyanət Sədullayev, həmçinin vurğulayıb ki, məsələ yalnız vətəndaş mövqeyi ilə bitmir, dövlət qurumları da burada vacib rol oynayır:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti qurumlar haqsız rəqabətin aradan qaldırılmasında böyük rol oynayırlar".
Aygün Mirakif
Seçilən
55
7
oxu.az

8Mənbələr