AZ

Rusiyanın sanksiyalardan Ermənistan vasitəsilə yayındığı məlum olub

Bakı. Trend:

Bu gün “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimaiBirliyi Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhliliilə əlaqədar apardığı tədqiqatın yekun nəticələriniictimailəşdirib.

Trend-inməlumatına görə, təşkilatın sədri Fikrət Yusifov keçirdiyibrifinqdə bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsininəsas maliyyə qaynaqlarından biri Ermənistan üzərindən apardığıidxal-ixrac əməliyyatlarıdır. Rusiyaya qarşı beynəlxalqsanksiyaların işə düşməsi və Ermənistanın xarici ticarətdövriyyəsindəki kəskin artımlar bir-biri ilə sıx bağlıdır, birisəbəb, digəri nəticədir.

Ermənistan Dövlət Statistika Komitəsinin və beynəlxalqqurumların açıqladığı məlumatlara görə, son 5 ildə Ermənistanınxarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7,1 milyard ABŞdollarından 30,2 milyard ABŞ dollarına qədər böyüyüb. Əgər 2021-ciildə Ermənistan Rusiyadan cəmisi 1,8 milyard ABŞ dolları həcmindəməhsul idxal etmişdirsə, 2024-cü ildə bu rəqəm 5,1 dəfə və ya 7,4milyard ABŞ dolları artaraq 9,2 milyard ABŞ dolları təşkil edib,bunun da 6,9 milyard dolları və ya 75%-i sırf qiymətli və ya yarıqiymətli daşlar, qiymətli metallar kimi məhsulların payınadüşür.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinintəhlilləri üzə çıxarır ki, Ermənistanın Rusiyadan böyük həcmdəidxal etdiyi qiymətli və yarı qiymətli daşlar, qiymətli metallar buölkənin daxili təlabatı üçün deyil, üçüncü ölkələrə ixrac üçündür.Fikrət Yusifov sual edib:

“2020-ci ildə 44 günlük müharibədə ağır məğlubiyyət yaşamış,iqtisadiyyatı çökmüş bir ölkənin yoxsul əhalisi necə ola bilər ki,birdən-birə xaricdən bu qədər ləl-cəvahirat, qiymətli daşlar alsın,hansı vəsaitlə?! Bu, gülünc saxtalaşdırma, pərdələnmiş iqtisadiəməliyyatlardır, iki ölkə arasında sövdələşmənin nəticəsidir.Rusiya Ermənistan üzərindən idxal-ixrac əməliyyatları ilə qazandığımaliyyəni Ukraynada dinc əhaliyə qarşı hücumlar üçün istifadə edir.Bunu gizlətmək mümkün deyil”.

Belə ki, Ermənistan Rusiyadan idxal etdiyi bu məhsulları yerliməhsullar adı altında digər ölkələrə ixrac edir. Əgər qiymətli vəya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsullarınErmənistandan ixracının həcmi 2020-ci ildə cəmi 368,8 milyon ABŞdolları təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 8,4 milyard ABŞdollarından çox olub, 5 il ərzində 23 dəfə artıb. Beləliklə,Ermənistan Rusiyadan sanksiyalara məruz qalmış malları idxal edirvə onları mənşəyini gizlədərək üçüncü ölkələrə öz məhsulu kimiixrac etməklə, Moskvanın sanksiyalardan yayınmasına aşkarvasitəçilik edir.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaurİbrahimli qeyd edib ki, beynəlxalq sanksiyalardan yayınmaqməqsədilə Rusiyanın Ermənistandan bir vasitə kimi istifadə etməsibeynəlxalq hüquqa tam zidd bir əməldir. BMT Baş Assambleyasınınmüvafiq qətnamələri beynəlxalq hüquqa zidd hərəkətlərə görədövlətlərin məsuliyyətini müəyyən edir. Başqa dövlətin beynəlxalqhüquqazidd əməl törətməsinə şərait yaradan dövlət də beynəlxalqməsuliyyət daşıyır. Rusiya və Ermənistanın arasında baş verən buhərəkətlərə məhz beynəlxalq hüququn müəyyən etdiyi bu prizmadanyanaşılmalıdır.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyininiqtisadçı-eksperti Malik Həsənov qeyd edib ki, bu qanunsuz vəbeynəlxalq qaydalara zidd ticarət əlaqələri region üzrə mövcudiqtisadi vəziyyətə dair məlumatları təhrif edir və ciddiyanlışlıqlar yaradır.

Brifinqdə qeyd edilib ki, Ermənistan məsuliyyətli və cəsarətlidavranmalı, Rusiyaya sanksiyalardan yayınmaq üçün dəhlizverməməlidir. Bu Ukraynada sülh və sabitliyin bərpasına yönəlmişqlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasını təşviqedir.

Xatırladaq ki, bir neçə dəfə Azərbaycan QHT-ləri Rusiyaya qarşısanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsulqurumların rəhbərlərinə açıq məktublar ünvanlayaraq, Ermənistanınidxal-ixrac əməliyyatlarını təftiş etməyə çağırıb. Bu çağırışlardaRusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Cənubi Qafqazda ənkiçik xarici ticarət dövriyyəsinə malik Ermənistanın idxal-ixracəməliyyatlarında iqtisadi potensialına uyğun olmayandəyişikliklərin müşahidə edildiyi faktlarla göstərilir.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai BirliyiErmənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dairhesabatını ingilis dilində Avropa və ABŞ-da Rusiya-Ukraynamövzusunu araşdıran beyin mərkəzlərinə də yollayacaq.

Seçilən
109
15
az.trend.az

10Mənbələr