AZ

Dövriyyədə olan ödəniş kartlarının sayı 21 milyonu ötüb

Bakı. Trend:

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonundadövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 216 minədəd artaraq 21 milyon 129 min ədəd təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbərverir.

Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bugöstərici 14% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17%artıb, kredit kartlarının sayı isə 7% azalıb.

Qeyd edilib ki, ödəniş kartlarının artması nağdsız ödənişlərinhəcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxilinağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü iləmüqayisədə 20% artıb. 2025-ci ilin avqust ayı ərzində kartlarvasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi8,172 milyon manat təşkil edib. Həyata keçirilən nağdsızödənişlərin 7,153 milyon manatı elektron ticarətin payına düşür.Qalan məbləğin 1,015 milyon manatı POS-terminallar, 4 milyon manatıisə özünə xidmət terminalları və bankomatlar vasitəsiləgerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxiliəməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.3%-nitəşkil edib.

Bildirilib ki, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidmətişəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilinavqust ayının sonu ilə müqayisədə bankomatların sayı 8.3%,POS-terminalların sayı 50.7% artıb.

Seçilən
92
2
az.trend.az

10Mənbələr